FİFA-nın yeni prezidentinin kim olacağı tarix bilinib. Futbolinfo.az xəbər verir ki, ali futbol qurumunun yeni rəhbəri dekabrın 16-da Sürixdə keçiriləcək növbədənkənar seçkilərdə müəyyənləşəcək.
Hazırkı prezident Yozeff Blatter ötən ay seçkilərdə qalib gəlsə də, sonradan könüllü olaraq istefa vermişdi. Ancaq o, seçkilər baş tutana kimi quruma rəhbərlik edəcək.
Qeyd edək ki, Blatter 1998-ci ildən FİFA-ya başçılıq edir.