“Xəzər Lənkəran”a qayıdacağı gündəmdə olan braziliyalı yarımmüdafiəçi Dieqo Souzanın futbolinfo.az saytına müsahibəsi:
– “Xəzər Lənkəran”da oynadığınız vaxtları necə xatırlayırsız?
– Yaxşı xatırlayıram. Orada əla günlərimiz olub. Bu komanda ilə kubok qazanmışam. Heç yadımdan çıxmır o günlər. MDB kubokunu da qazanmışdıq. İnsanlar bizi Lənkəranda necə qarşılaşdılar. O günləri unutmaq mümkün deyil. 
– Lənkəran üçün darıxmısız?
– Əlbəttə. Oranı və bu komandanın azarkeşlərini çox sevirəm. “Xəzər Lənkəran”da oynadığım müddətdə insanlar mənə çox hörmət edirdilər. Bütün bunlar yadımdan çıxmaz. 
– Yenidən Lənkərana qayıtmaq haqqında heç düşünmüşdüz?
– Həmişə qayıtmaq istəmişdim. Amma olmurdu. İndi əlimə şans düşüb. İnanıram ki, bu dəfə oraya qayıdışım alınacaq. 
– “Xəzər Lənkəran”a dönmək fikri ilk dəfə kimdən gəldi? Klubdan, yoxsa siz müraciət etdiniz?
– Bu barədə danışmaq istəmirəm. Məsələ, yekunlaşdıqdan sonra ətraflı məlumat verəcəm. Hazırda isə dəqiq olan nəsə yoxdu. 
– Bəs, keçidiniz nə vaxt rəsmiləşə bilər?
– Dəqiq bir şey bilmirəm. Amma 1 həftədən sonra bu barədə söhbət edə bilərik. Bəzi məsələlər var ki, onlar yekunlaşdıqdan sonra danışarıq. 
– Komandanın gücündən və hansı yerlər üçün oynadığından xəbəriniz var?
– “Xəzər Lənkəran” həmişə güclü komanda olub. Ümid edirəm ki, yenidən güclənəcək və çempionluq üçün oynayacaq. 
– 2008-2011-ci illərdə oynadığınız komandadan kimlər yadınızda qalıb?
– Səhv etmirəmsə, o vaxtkı heyətdən yalnız Rahid Əmirquliyev oynayır. Başqa hamı artıq gedib. Rahid də kapitandı.
– Heç Azərbaycanda ayrıldıqdan sonra çempionatımıza baxırdız?
– İmkan olduqca maraqlanırdım.
FƏRİD
Shares: