İnterpol xətti ilə beynəlxalq axtarışda olan FİFA məmuru Alexandro Bursako Bolsano İtaliyada polisə təslim olub. Futbolinfo.az xəbər verir ki, “Torneos” şirkətinin rəhbəri olan 50 yaşlı argentinalı vəzifəsindən sui- istiadə etməkdə təqsirli bilinir.
Alexandro Bursakonun iki vəkili ilə birgə polis məntəqəsinə getdiyi bildirilir. Bursakonun müxtəlif ölkələrin futbol federasiyalarına 110 milyon dollar rüşvət verdiyi iddia edilir.
Shares: