Növbəti mövsüm hazırlıqlarını davam etdirən “Xəzər Lənkəran” transfer çalışmalarına da start verib. Futbolinfo.az xəbər verir ki, Rasim Ramaldanovla müqavilə müddətini uzadan cənublular daha 4 futbolçunu heyətinə qatmağa çox yaxındı.
Bunlar Draqan Çeran, Rəşad Eyyubov, Vaqif Cavadov və İlqar Qurbanovdu. Əldə etdiyimiz məlumata görə, bu futbolçularla böyük ölçüdə razılıq əldə olunub. “Ağ-yaşıllılar” sadəcə, bu transferləri gerçəkləşdirmək üçün CAS-ın qərarını gözləyir. 
Qeyd edək ki, FİFA-nın Veldin Muharremoviçə görə “Xəzər Lənkəran”a verdiyi transfer qadağasına etiraz olaraq cənublular İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət edib.  Adıçəkilən qurumun bu şikayətə iyulun əvvələrində baxacağı gözlənilir.
Shares: