Dieqo Maradonanın oyununu görənlər gözəl xatırlayırlar: müdafiəçilər onu yerə sərəndə, aktyorluq etməzdi, ayağa qalxıb, rəqib qapısına tərəf irəliləməyə davam edərdi. Genetik xüsusiyyətlər məşhur argentinalının nəvəsinə də keçib.
Nəvəsi ilə həyətində futbol oynayan əfsanəvi futbolçu onu yerə sərməsinə baxmayaraq, kiçik Bencamin ayağa qalxaraq, topla irəliləyir. Təqdim etdiyimiz videoda Bencaminin babasının etdiyi kobudluğu və qapısına vurduğu qolu seyr edə bilərsiniz. Yolüstü iti də aldatmağı bacaran Bencamin vurduğu qoldan sonra ürəyində babasına hansı mesajı göndərdiyini isə, yəqin ki, uzun illərdən sonra biləcəyik.

Shares: