Türk əsilli mütəxəssis Murat Yakınla yollarını ayıran Moskva "Spartak"ı özünə yeni baş məşqçi tapıb. Futbolinfo.az xəbər verir ki, ruslar bu dəfə yerli məşqçiyə üstünlük verib.
Rusiya mətbuatının yazdığına görə, bu post Dmitri Aleniçevə tapşırılıb.
Qeyd edək ki, futbolçu karyerası ərzində (1994-1998, 2004-2006) "Spartak"da çıxış edən Aleniçev klubun əfsanələrindən sayılır. 
Shares: