Moskva “Spartak”ının “Neftçi”nin gənc yarımmüdafiəçisi Samir Məsimova görə paytaxt klubndan FİFA-ya şikayət etdiyi barədə yazmışdıq. Futbolinfo.az xəbər verir ki, məsələni dəqiqliklə öyrənmək üçün ali futbol qurumuna məktub ünvanladıq. 
FİFA Məsimovla bağlı problemə belə aydınlıq gətirdi: “Spartak” bu futbolçuya görə həqiqətən şikayət edib. Onlar “Neftçi”dən pul tələb edirlər. Hazırda məsələ ilə bağlı araşdırma davam edir. Lakin hazırda sizə başqa məlumat verə bilmərik. Çünki bu aralar FİFA-dakı qalmaqallarla bağlı başımız qarışıqdı”.
Ali futbol qurumu “Xəzər Lənkəran”ın İdman Arbitiraj Məhkəməsinə (CAS) şikayət etdiyi Eder Bonfim haqqında isə bunları deyib: “Eder Bonfim haqqında biz qərar çıxarmışdıq. “Xəzər Lənkəran” isə bu məsələ ilə bağlı CAS-a şikayət edib. Ona görə də siz hər şeyi CAS-dan öyrənə bilərsiz”.
Maraq üçün onu da qeyd edək ki, hazırda FİFA rüşvət qalmaqalı ilə gündəmdədi. Bununla bağlı qurumun bəzi üzvləri saxlanılıb. Görünür, bu məsələlər  "Neftçi" ilə bağlı qərarların verilməsini yubadır.
Shares: