Hələ ki, yerlilərin transerinə üstünlük verən “Kəpəz” klubu artıq 3 futbolçu ilə anlaşıb. Bəxtiyar Soltanovun keçidi dəqiqləşsə də, Tərlan Quliyev və Şəhriyar Əliyevin Gəncə təmsilçisində çıxış edəcəyi məsələsi hələlik öz təsdiqini tapmayıb.
Ötən mövsüm “Qarabağ”da elə də çox meydana çıxa bilməyən Quliyevlə Əliyevin “Kəpəz”də icarə əsasında çıxış edəcəyi deyilir. Bununla bağlı Şəhriyar saytımıza açıqlama verib:
“Hələ ki, “Kəpəz”ə keçməyim haqda dəqiq bir şey yoxdu. Düzdü, danışıqlarmız olub. Qurban Qurbanovla da danışıqlar olacaq. Görək yekunda nə qərar veriləcək. Razlıq olsa, özüm də icarə əsasında orada çıxış etmək istərdim. Əgər alınsa, 1 il bu komandanın şərəfini qoruyacam. Ötən il cəmi 3-4 oyunda meydana çıxa bildim. “Qarabağ”da qalıb, ehtiyatda oturmaq istəmirəm. Tez-tez meydana çıxmaq istədiyimə görə bu addımı atmağı düşünürəm”.