Məşhur brazilyalı futbolçu Ronaldinyo karyerasını Türkiyədə davam etdirə bilər. Futbolinfo,az xəbər verir ki, Superliqaya yenicə vəsiqə qazanan “Antalyaspor” yarımmüdafiəçinin xidmətində maraqlıdı. 
Bu məlumatı klub prezidenti Güntekin Gecner də təsdiqləyib. Baş məşqçi Yusuf Şimşək də bu gün Meksikanın “Keretaro” klubundan ayrılan futbolçunu komandasında görmək üçün səy göstərir. Yerli mətbuatda yazılanlara görə, tərəflər artıq bu barədə danışıqlara başlayıblar.
Maraq üçün qeyd edək ki, bundan əvvəl PTT 1-ci Liqası təmsilçisi "Karşıyaka"da baş məşqçi işləyən Şimşək millimizin müdafiəçisi Mahir Şükürovu heyətə qatmaq üçün çalışmış və bu barədə rəhbərliyi razı salmışdı. Onun İzmir klubundan gedişindən sonra isə Şükürova şans verilmədi.
Shares: