Futzal üzrə Avropa çempionatının final mərhələsinə yüksəlmək uğrunda pley-off matçlarının cütlükləri müəyyənləşib. Futbolinfo.az xəbər verir ki, seçmə mərhələdə Ukraynanı özündən önə buraxaraq, yalnız 2-ci olan yığmamız Slovakiya millisi ilə qarşılaşacaq. 
 
Püşkatmaya əsasən təmsilçimiz ilk oyunu Bakıda keçirəcək. Bu görüş sentyabrın 15-də baş tutacaq. Təkrar oyun bir həftə sonra Bratislavada keçiriləcək.
Pley-off mərhələsinin bütün cütlüklərini təqdim edirik:
 
Rumıniya – Macarıstan
 
Bosniya və Herseqovina – Qazaxıstan
 
Çexiya – Belarus
 
Azərbaycan – Slovakiya
Shares: