Növbəti mövsümün hazırlıqlarını davam etdirən “Sumqayıt” daha bir futbolçunu heyətinə qatıb. Futbolinfo.az xəbər verir ki, “kimyaçılar” “Neftçi”nin yarımmüdafiəçisi Emin Mehdiyevlə anlaşıb.
Futbolçu ilə 2 illik müqavilə imzalanacaq. Bunu saytımıza açıqlamasında Mehdiyevin özü deyib. O, bundan başqa “Neftçi”dən getmək səbəbini də açıqlayıb:
“Neftçi”də vəziyyət gərgindi. Düzü, rəhbərliklə, hər hansı bir məşqçi ilə problemim yoxdu. Fikirləşib, məsləhətləşib, “Sumqayıt”a keçməyə qərara aldım. Evimin içi olduğu üçün gələn təklifi qəbul etdim. “Neftçi” rəhbərliyi də sağ olsun ki, mənim keçidim üçün hər hansı bir problem yaratmadılar”.