Azərbaycan millisinin qapıçısı Kamran Ağayevin çıxış etdiyi "Kayserispor"da yeni baş məşqçi təyinatı reallaşıb. Futbolinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Belə ki, yenicə Türkiyə Superliqaya vəsiqə qazanan Kayseri təmsilçisi Okan Burukla münasibətlərini rəsmiləşdirib. Müqavilənin müddəti isə hələlik bəlli deyil.
Qeyd edək ki, Buruk məşqçilik karyerası ərzində "Elazığspor", "Qaziantepspor" və Türkiyə millisində köməkçi vəzifəsində çalışıb. "Kayserispor"la müqaviləsi başa çatan Ağayevin də komandadakı gələcək taleyi isə yeni baş məşqçinin verəcəyi qərardan asılı olacaq.