Ölkəmizi Avropa Liqasında təmsil edəcək “Qəbələ” təlim-məşq toplanışı üçün artıq Türkiyənin Ərzurum şəhərindədi. Futbolinfo.az xəbər verir ki, “qırmızı-qaralar”ın hazırlıq prosesinə daha bir futbolçu qoşulacaq.
Bu, “Zarya”nın futbolçusu Vitali Vernidubdu. 27 yaşlı müdafiəçi ilə iki illik müqavilə nəzərdə tutulub. Xəbəri saytımıza açıqlamasında klubun baş meneceri Zaur Əzizov da təsdiqləyib. Onun sözlərinə görə, tərəflər arasında razılıq əldə olunsa, Vitalinin transferi gerçəkləşəcək.
Qeyd edək ki, Ukrayna millisində 1 dəfə çıxış etmiş mərkəz müdafiəçisinin “Zarya”dan əvvəl ölkəsinin “Metallurq” və “Krivbass” klublarında  da çıxış edib.
Shares: