“Barselona”nın ulduz futbolçusu Leonel Messinin başı dərddədi. Futbolinfo.az xəbər verir ki, futbolçu yenidən vergidən yayınmaqda günahlandırılsa da onun bu iddialara etirazı İspaniya məhkəməsi tərəfindən qəbul olunmayıb.
Belə ki, Messi 2006-2009-cu illərdə atası ilə birlikdə vergidən yayınmaqda ittiham olunmuşdu və argentinalı 4 milyon avronu faizi ilə birgə ödəmişdi.
Qeyd edək ki, Messi bu qərardən sonra yenidən məhkəmədə cavab verməli olacaq.