“Bavariya”nın idarə heyətinin sədri Karl Haynts-Rummenigge klubun növbəti mövsüm üçün transfer siyasətindən danışıb. Futbolinfo.az xəbər verir ki, klub rəsmisi bu barədə Almaniya mətbuatına məlumat verib.
 
Rummeninge Xosep Qvardiolaya inandıqlarını bildirib: “Qvardiolaya inanır və güvənirik. O, Münhendəki yaşam tərzini sevir. Qvardiola 100 milyon avroluq transferlər edə bilməyəcəyimizi bilir. Açıq bir şəkildə etiraf edirəm ki, biz heç vaxt 100 milyonluq transferlər etməyəcəyik”.
 
Əlavə olaraq bildirək ki, o, Dortmund “Borussiya”ının futbolçusu İlkay Gündoğanla danışıqlar apardıqlarını, lakin türk əsilli yarımmüdafiəçinin daha çox pul tələb etdiyinə görə onun transferindən əl çəkdiklərini də bildirib.
Shares: