“Real”ın qapıçısı İker Kasilyas növbəti mövsümdən doğma klubunda olmayacaq. Futbolinfo.az xəbər verir ki, bu barədə “AS” qəzeti məlumat yayıb.
 
İspaniyalı həmkarlarımız bildirir ki, klub qolkiperlə 2017-ci ildə bitəcək müqaviləni qarşılıqlı razılaşma yolu ilə pozacaqlar. Əlavə olaraq bildirək ki, David De Xeanın “Mançester Yunayted”dən transfer olacağını bilən Kasilyas rəqabətdən çəkinərək “kral klubu”ndan getmək qərarını verib.
 
Qeyd edək ki, 34 yaşlı təcrübəli qapıçı 2009-cu ildən İspaniya nəhəngində çıxış edir.
Shares: