Milli komandamızın qapıçısı Emil Balayevin şərəfini qoruduğu “Ayntraxt” klubu baş məşqçi axtarışlarını davam etdirir. Futbolinfo.az xəbər verir ki, Frankfurt təmsilçisini türkiyəli mütəxəssis çalışdıra bilər.
Almaniya mətbuatının verdiyi məlumata görə, Tomas Şaafın istefasından sonra boş qalan posta ötən mövsüm “Honnover”dən ayrılan Tayfun Korkut gətirilə bilər. Almaniyalı həmkarlarımız bildirir ki, 41 yaşlı çalışdırıcı artıq Frankfurta gedib və klub rəsmiləri ilə danışıqlar aparıb. Bir neçə günə bu xəbərin rəsmi olaraq aşıqlanacağı gözlənilir.
Qeyd edək ki, “Ayntraxt” ötən mövsüm Bundesliqada 9-cu pillədə qərarlaşıb.