“Arsenal” klubu fransalı futbolçusu Abu Diabi ilə yollarını ayırıb. Futbolinfo.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
Belə ki, “topçular” Diabi ilə sona çatan müqaviləni yeniləməyib. Belə olan halda 29 yaşlı yarımmüdafiəçi 2006-cı ildən çıxış etdiyi klubdan ayrılmaq məcburiyyətində qalıb.
Qeyd edək ki, futbolçu 2006-cı ildə Fransanın “Oser” klubundan İngiltərə nəhənginə transfer olmuşdu.