“Milan” növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirir. Futbolinfo.az xəbər verir ki, “rossonyerlər” “Porto”nun kolumbiyalı hücumçusu Cekson Martineslə anlaşmaq üzrədi.
İtaliya mətbuatının verdiyi məlumata görə, bu transferdə milanlılar çox israrlıdı. Milan təmsilçisi portuqaliyalıların tələb etdiyi 35 milyon avronu ödəməyə hazırdılar. Lakin “Porto” bu məbləği nağd istəsə də, “Milan” hissə-hissə ödəmək istədiyi üçün transfer gecikir.
Qeyd edək ki, 28 yaşlı hücumçu 2012-ci ildən Portuqaliya nəhəngində çıxış edir.