“Arsenal”da cari mövsümün ən yaxşı futbolçusu müəyyənləşib. Futbolinfo.az xəbər verir ki, çilili hücumçu Aleksis Sançes “topçular”ın heyətində ən yaxşı adına sahib çıxıb.
 
Klubun rəsmi saytının verdiyi məlumata görə, Aleksis azarkeşlər arasında səsvermə nəticəsində 1-ci olub. O, 66,4 səslə bu ada layiq görülüb.
 
Qeyd edək ki, Aleksis ötən mövsüm “Arsenal”a transfer olub və 52 oyunda meydana çıxaraq 25 dəfə fərqlənib.
Shares: