İngiltərənin “Nyukasl” klubunun yeni baş məşqçisinin adı müəyyənləşib. Futbolinfo.az xəbər verir ki, bundan sonra komandanı Stiv Maklaren çalışdıracaq.
Klubun rəsmi saytının verdiyi məlumata görə, təcrübəli mütəxəssislə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 54 yaşlı mütəxəssisin son iş yeri “Derbi” klubu olub.