“Qalatasaray” və Türkiyə millisinin hücumçusu Burak Yılmaz növbəti mövsümdən İngiltərə Premyer Liqasında çıxış edə bilər. Futbolinfo.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
 
Mənbədə verilən məlumata görə, Burakı ”Beşiktaş”ın sabiq baş məşqçisi Slaven Biliç yenicə anlaşdığı “Vest Hem”də görmək istəyir. Ingiltərəli həmkarlarımız bildirir ki, klub hücumçunun transferi üçün 7 milyon funt-sterlinq ayırıb.
 
Qeyd edək ki, 29 yaşlı hücumçu 2012-ci ildən İstanbul nəhəngində çıxış edir.
 
Shares: