Azərbacan millisi sabah Avropa Çempionatının seçmə oyunları (AÇSO) çərçivəsində Norveçin qonağı olacaq. Bu, yığmamızın cari tsikldə 6-cı qarşılaşması olacaq.
Daha əvvəl keçirilən 5 oyunda komandamız 1 dəfə qalib gəlib, 4 oyunda isə meydanı məyus tərk edib. “Vikinqlər”lə ötən ilin noyabrında Bakıda keçirilən ilk görüşdə meydanı 1:0 hesablı qələbə ilə tərk etmişdi.
Ümumiyətlə, adıçəkilən komanda millimiz üçün ən arzuolunmaz rəqiblərdən sayılır. Belə ki, indiyədək skadinaviyalılara qarşı keçirdiyimiz hər 3 görüşdə rəqib quru hesabla qalib gəlib:
02.06.96. Norveç 5:0 Azərbaycan (DÇSO)
06.09.97. Azərbaycan 0:1 Norveç (DÇSO)
16.11.14. Azərbaycan 0:1 Norveç (AÇSO)
06.09.97. Azərbaycan 0:1 Norveç (DÇSO)
16.11.14. Azərbaycan 0:1 Norveç (AÇSO)
Əsas millilərin oyunlarından fərqli olaraq, U-21 və U-19 yığmaları səviyyəsində keçirilən matçlarda komandamız müəyyən uğurlara imza atmağa nail olub. 19 yaşadək olan futbolçuların qarşılaşmasında seçməmiz rəqibinə heç vaxt boyun əyməyibsə, U-21 hətta bu rəqibi səfərdə yenməyə də macal tapıb:
30.05.07. Norveç (U-19) 1:2 Azərbaycan (U-19) (AÇSO)
16.04.10. Norveç (U-19) 1:1 Azərbaycan (U-19) (AÇSO)
10.06.11. Azərbaycan (U-21) 0:2 Norveç (U-21) (AÇSO)
01.06.12. Norveç (U-21) 1:0Azərbaycan (U-19) (AÇSO)
10.10.14. Norveç (U-21) 1:3 Azərbaycan (U-21) (AÇSO)
Milli komadaların oyunları ilə yanaşı klub səviyyəsində də 2 dəfə Norveç təmsilçiləri ilə yollarımız kəsişib. Hər iki randevu Avropa Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində keçirilib. Baş tutan qarşılaşmaların yekununda 1 dəfə bizimkilər, digər halda isə norveçlilər yollarına davam ediblər.
16.07.09. “Rusenborq” 0:0 “Qarabağ” (AL)
23.07.09. “Qarabağ” 1:0 “Rusenborq” (AL)
18.07.13. “Tromse” 2:0 “İnter” (AL)
25.07.13. “İnter” 1:0 “Tromse” (AL)
ELMAR ABDULLA-ZADƏ