"Çelsi”nin baş məşqçisi Joze Mourinyo arzuolunmaz hadisə ilə üzləşib. Futbolinfo.az xəbər verir ki, portuqaliyalı mütəxəssis yol hərəkəti qaydalarına əməl etmədiyi üçün cəzalandırılıb.
İngiltərə mətbuatının yazdığına görə, buna səbəb Mourinyonun sürət həddini aşması olub. Belə ki, o, avtomobili ilə sürət nişanı 80 km/saat olan yolda həddən artıq sürətlə hərəkət edib. Buna görə portuqal 6 ay avtomobil idarə etməkdən məhrum olunub. Bundan başqa, Mourinyo 910 funt-sterlinq məbləğində cərimə də ödəməli olacaq.