Türkiyənin “Fənərbaxça” klubunun sabiq baş məşqçisi Artur Ziko dekabrda baş tutacağı gözlənilən FİFA-nın növbədənkənar prezident seçkisində namizədliyini irəli sürmək niyyətindədi. Futbolinfo.az xəbər verir ki, braziliyalı futbol veteranı bu barədə özü açıqlama verib.
“Futbolda korrupsiyanın baş alıb getdiyini görmək çox kədərlidi. Bu çirkabın içində futbola həqiqətən xidmət edən məmurların işi itib-batıb. Hesab edirəm ki, bütün biliklərimi və təcrübəmi prezident seçkilərinə namizədliyimi irəli sürərək, ortaya qoymaq zərurəti yaranıb”, – Ziko belə deyib.
Qeyd edək ki, 62 yaşlı mütəxəssis 2006-2008-ci illər ərzində İstanbul klubunda çalışıb.