Sabah Azərbaycan millisi Avropa Çempionatının seçmə oyunları (AÇSO) çərçivəsində növbəti – 6-cı matçına çıxacaq. Rəqib isə Norveç yığmasıdı. 
Osloda keçiriləcək matç komandamızın cari tsikldə 3-cü səfər qarşılaşmasıdı. Bundan öncə rəqib meydanında İtaliya və Xorvatiya ilə üz-üzə gələn millimiz müvafiq olaraq 2:1 və 6:0 hesabı ilə məğlub olmuşdu. Robert Prosneçkinin yetirmələrindən fərqli olaraq qrupda iddiası olan “vikinqlər” qarşılaşmanın aşkar favoritidi. Millimiz indiyədək rəsmi oyunlarda Skandinaviya ölkələrinə qarşı səfər matçlarında meydanı xalsız tərk edib. Bu faktı nəzərə alsaq, Prosineçkinin komandasıçətin ki, bu qarşılaşmadan xalla ayrıla bilsinlər.  
Düzdü, ola bilər ki, komandamız boyundan yuxarı tullanıb, sensassiyaya imza ata bildi. Lakin bu, qeyd etdiyimiz kimi ancaq senssasiya sayılacaq. Onsuz da, yığmamız zaman-zaman təəccübləndirməyi bacarıb. Millimiz indiyədək, bu rəqiblə baş tutan 3 oyunun hamsında quru hesabla məğlub olub. Şimallılarla ilk qarşılaşmamız rəqibin ən güclü dövrlərinə təsadüf edib. Həmin matç 1996-cı ildə Dünya Çempionatının seçmə oyunları çərçivəsinə baş tutub. Rekdal, Flo, Sulşer və Solbakken kimi futbolçuların çıxış etdiyi komanda millimizin daşını daş üstə qoymamışdı – 5:0. Cavab oyununda isə seçməmizi 1:0 hesabı ilə məğlub edən norveçlilər DÇ-1998-ə vəsiqəni məhz Bakıda rəsmiləşdirmişdilər. 
Bu komanda ilə növbəti oyun isə 17 il sonraya təsadüf etdi. Cari tsikldə doğma meydanda qarşılaşdığımız skandinavlar 3-cü görüşdən də üzüağ çıxmağı bacardı. Rəqib hazırda davam edən seçmə mərhələdə millimizlə eyni sayda – 5 oyun keçirib.  Lakin bizdən fərqli olaraq, “qırmızı-göylər”in 3 qalibiyyəti var. 9 xalla turnir cədvəlində 3-cü pilləyə sahib olan şimali avropalıların minumum hədəfi pley-off-a vəsiqə qazanmaqdı. 
Hələ seçmə mərhələdən öncə bizim futbol başbilənlərimiz yuxarılardan dəm vururdu. Öz aləmində pley-off-da oynamaqdan, AÇ-də iştirak etməkdən danışanlardan fərqli olaraq, sabahkı rəqibimiz bunu dildə yox əməldə etməyə yaxındı. Düzdü, onların İtaliya və Xorvatiyanı üstələyib, Fransadakı turnirə birbaşa yollanacağı inandırıcı görünmür. Ancaq hazırda 5 xalla turnir cədvəlində yer alan Bolqarıstan yığmasının rəqibi üstələyəcəyi elə də inandırıcı görünmür. Bizimkilərdən isə danışmağa dəyməz. 
Onu da əlavə edək ki, "cırtdan ölkə" – Malta üzərində 2:0 hesablı qələbə ilə millimizlə ilk rəsmi matçına çıxan Prosineçkini bu dəfə daha çətin sınaq gözləyir. Bu, həm də xorvatiyalının yığmamızla ilk rəsmi səfər qarşılaşması olacaq. 
 
AÇ-2016-nın seçmə mərhələsi
H qrupu
12 iyun
23:45. Norveç – Azərbaycan
Baş hakim: Pavel Gil (Polşa)
Oslo. “Ullevol” stadionu
Shares: