“Qalatasaray”ın maraq dairəsində olan Andre Ayu növbəti mövsümü İngiltərə Premyer Liqasında keçirəcək. Futbolinfo.az xəbər verir ki, 25 yaşlı hücumçu “Suonsi” ilə 4 illik müqaviləyə imza atıb.
Ötən mövsümü Fransa “Marsel”ində keçirmiş qanalı futbolçu meydana çıxdığı 27 oyunda 10 qola imza atıb.
Qeyd edək ki, Qana millisinin üzvü 2007-ci ildən "Marsel"ə məxsus idi.