Xorvatiyalı mütəxəssis Slaven Biliçlə yenicə yollarını ayıran "Beşiktaş"ın yeni baş məşqçisinin adına aydınlıq gəlib. Futbolinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı yazıb.
Mənbədə bildirilir ki, bu post bir neçə gün öncə "Bursaspor"dan ayrılan Şenol Günəşə tapşırılıb. Onunla 2+1 illik müqavilə imzalanıb. Günəş hər ilinə 1,5 milyon avro qazanacaq.
Maraq üçün onu da qeyd edək ki, 2000-2004-cü illər ərzində Türkiyə millisini çalışdıran Günəş yığma komandaya Dünya Çempionatının (2002) bürünc mükafatını qazandırıb.