“Fənərbaxça” klubu müqaviləsi başa çatan Mərt Günokla yollarını ayırıb. Futbolinfo.az xəbər verir ki, bu barədə qapıçı özü şəxsi “tvitter” hesabından məlumat verib.
Türkiyəli həmkarlarımız bildirir ki, İstanbul təmsilçisindən ayrılan futbolçuya artıq “Qalatasaray” və “Beşiktaş” kimi klublardan təklif gəlməsi qaçılmazdı.
Qeyd edək ki, 26 yaşlı qolkiper 2008-ci ildən “Fənərbaxça”da çıxış edir.