Ukrayna millisi və “Dnepr”in yarımmüdafiəçisi Yevgeni Konoplyanka “Qalatasaray”a gələ bilər. Futbolinfo.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
 
Mənbədən bildirilir ki, Konoplyankanın atası ilə klub rəhbərliyi arasında görüş keçirilib. “Sarı-qırmızılar” ukraynalı yarımmüdafiəçi üçün 2 milyon avro imza pulu və ilinə də həmin məbləğdə vəsait olmaqla 4 illik müqavilə təklif edib. Əgər yaxın 10 gün ərzində futbolçuya  “Qalatasaray”ın təklifindən yaxşısı gəlməsə “cim-bom”la anlaşma imzalayacağı deyilir.
 
Qeyd edək ki, 25 yaşlı futbolçu digər İstanbul klubu “Beşiktaş”a da keçə bilər. Həmçinin onunla “Tottenhem”, “Roma”, “Atletiko Madrid” və “Valensiya” klubları da yaxından maraqlanır.
Shares: