Braziliya və “Barselona”nın hücumçusu Neymar maraqlı açıqlama verib. Futbolinfo.az xəbər verir ki, futbolçu “Qızıl top”un sahibinin komanda yoldaşı Leonel Messi olacağını deyib.
 
Belə ki, “sambaçı” özünün də ilk “3-lüy”ə düşə biləcəyini bildirib: “Heç kim “Qızıl top” barədə düşünməsin, çünki sahibi bəllidi. Messi bu titula tam layiqdi. O ki qaldı mənim şansıma, düşünürəm ki, ilk “3-lüy”ə düşə bilərəm”.
 
Qeyd edək ki, Neymar geridə qalan mövsümdə "Barselona" ilə 3 kubok (La Liqa, İspaniya kuboku, Çempionlar Liqası) qazanıb.
Shares: