2018-ci ildə Rusiyada keçiriləcək Dünya Çempionatının seçmə oyunlarında (DÇSO) yarışacaq mllimizin yer aldığı səbət müəyyənləşib. Futbolinfo.az xəbər verir ki, komandamız 5-ci səbətdə yer alıb.
FİFA-nın reytinq cədvəlinə əsasən müəyyənləşən yığmalar 6 səbətdə yer alıblar. Final mərhələsinə çıxmaq üçün komandalar 9 qrupda yer alacaqlar. 7 qrupda 6, 2-də isə 5 ölkə mübarizə aparacaq. Turnirin təşkilatçısı Rusiya isə çempionata meydan sahibi olduğu üçün birbaşa final mərhələsindən qoşulacaq. 9 qrupda ilk pilləyə sahib olan komandalar DÇ-na birbaşa vəsiqə qazanacaq. İkinci yerin sahibləri isə öz gücünü pley-off-da sınayacaq. Qrup ikincilərinin içində ən pis göstəriciyə malik 1 komanda isə qrupda qalacaq.
Səbətlərin tərkibi isə belədi:
1-ci səbət: Almaniya, Belçika, Hollandiya, İngiltərə, Rumıniya, Uels, Portuqaliya, İspaniya, Xorvatiya
2-ci səbət: İtaliya, Avstrya, Slovakiya, İsveçrə, Çexiya, Fransa, İslandiya, Danimarka, Bosniya və Hersoqovina
3-cü səbət: Ukrayna, Şotlandiya, Macarıstan, İsveç, Polşa, Albaniya, Şimali İrlandiya, Serbiya, Yunanıstan
4-cü səbət: Türkiyə, Sloveniya, İsrail, İrlandiya, Norveç, Bolqarıstan, Farer adaları, Çernoqoriya, Estoniya
5-ci səbət: Kipr, Latviya, Ermənistan, Finlandiya, Belarus, Makedoniya, AZƏRBAYCAN, Litva, Moldova
6-cı səbət: Qazaxıstan, Luksemburq, Lixtenşteyn, Gürcüstan, Malta, San Marino, Andorra

Qeyd edək ki, püşkatma mərasimi iyulun 25-də baş tutacaq.