"Xəzər Lənkəran"la danışıqlar aparan Səlahət Ağayevin cənub klubuna keçməyəcəyi artıq dəqiqləşib. Futbolinfo.az xəbər verir ki, qolkiper karyerasına yenidən "İnter"də davam etdirmək qərarına gəlib.
Bu barədə saytımıza paytaxt klubundan məlumat veriblər. Məlumatda bildirilir ki, millimizin üzvü "bankirlər"lə 6 aylıq müqaviləyə qol çəkib.
Qeyd edək ki, Avropa Liqasında mübarizə aparacaq paytaxt təmsilçisi ötən günlərdə Mirhüseyn Seyidovla da 6 aylıq, Yuri Fomenko ilə 1 illik müqavilə imzalayıb.