Dünya və Argentina futbolunun canlı əfsanəsi Dieqo Maradona FİFA prezidentliyinə namizədliyini irəli sürəcək. Futbolinfo.az xəbər verir ki, bu barədə Uruqvay mətbuatı məlumat yayıb.
Mənbədən sitat: "Maradona dəyişikliklər arzusundadı. O, FİFA-da vüsət alan korrupsiya ilə mübarizə aparmaq əzmindədi".
Qeyd edək ki, Yozef Blatterin məlum istefa qərarından sonra ali futbol qurumunun rəhbəri vəzifəsinə növbədənkənar seçkilər dekabrda baş tutacaq. İyulun 20-də FİFA İcraiyyə Komitəsinin iclasında prezidentliyə seçkilərin dəqiq tarixi açıqlanacaq.