17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Qazaxıstanın paytaxtı Astana şəhərində təşkil olunmuş “Prezident kuboku” turnirində iştirak edir. Futbolinfo.az xəbər verir ki, millimiz bu gün ilk matçınna çıxıb.
Belarus komandası ilə qarşılaşan Təbriz Həsənovun yetirmələri 3:1 hesabı ilə qalib gəlib. Yığmamızın qollarını Pilağa Mehdiyev, Elçin Əsədov və Metin Güler vurub.
Qeyd edək ki, seçməmiz turnirdə növbəti oyununu sabah – iyunun 23-də, Bakı vaxtı ilə saat 12:00-da, Rusiya-2 yığmasına qarşı keçirəcək.