Bu il ölkəmizi Avropa Liqasında təmsil edəcək “İnter” heyətini gücləndirməkdə davam edir. Futbolinfo.az xəbər verir ki, “bankirlər” bu gün 2 futbolçu ilə müqavilə bağlayacaq. 
Belə ki, mövsüm sonunda müqaviləsi başa çatan Nizami Hacıyev “bankirlər”in düşərgəsindədi. Yarımmüdafiəçi bu gün “göy-ağlar”la daha 6 aylıq anlaşmaya qol çəkəcək. Baş məşqçinin köməkçisi Zaur İsmayılovdan aldığımız məlumata görə, ötən mövsümü “Neftçi”də keçirən Denis Silva da artıq 1-2 günə komandaya qoşulmalıdı. 
Bundan əlavə, əldə etdiyimiz məlumata görə, ötən mövsümün sonunda komandadan ayrılan Əfran İsmayılovun da yenidən “bankirlər”ə qoşulacağı deyilir. Onunla da yeni müqavilə bağlanacağı gözlənilir.
Qeyd edək ki, AZAL və "Kəpəz" klubları da Nizami Hacıyevi transfer etmək istəyirdilər.
Shares: