Bu gün Avropa Liqasının 1-ci və 2-ci təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib. Futbolinfo.az xəbər verir ki, saat 16:00-da İsveçrənin Nyon şəhərində baş tutan  tədbirdə təmsilçilərimizin – "İnter", "Neftçi" və "Qəbələ"nin də rəqibləri bəlli olub.
Hər üç klubumuz da 1-ci təsnifat mərhələsindən mübarizəyə qoşulub. "Qəbələ" ilə müqayisədə, “İnter” və “Neftçi”ni daha asan rəqiblər gözləyirdi. Belə ki, hər iki klubun səpələnmişlər səbətində yer alması onların nisbətən zəif rəqiblərlə qarşılaşacağına şərait yaradacaqdı.
Qeyd edək ki, Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyunları iyulun 2-də, cavab qarşılaşmaları isə həmin ayın 9-da keçiriləcək.
 

22 iyun
1-ci təsnifat mərhələsi
 “Dinamo” (Tiflis, Gürcüstan) – “Qəbələ” (Azərbaycan)
“Laçi” (Albaniya) – “İnter” (Azərbaycan)
“Mladost” (Çernoqoriya
) – “Neftçi” (Azərbaycan)
Shares: