"Qarabağ"ın Çempionlar Liqasınının 2-ci təsnifat mərhələsindəki rəqibi olan Çernoqoriyanın "Rudar" klubunun yaranma tarixi ötən əsrin əvvəllərinə təsadüf edir. 1908-ci ildə Plevli şəhərinin sakinləri ilk dəfə futbol oyunu ilə tanış olublar. Bu, Fransada təhsil alan Filipp Düraşkoviç adlı tələbənin vasitəsi ilə baş tutub. Lakin yerli əhali oyunu bəyənməyib. 
Bundan 12 il sonra Plevlidə ilk komanda yaranıb – "Brejnik". 1923-cü ildə adını dəyişən klub "Sancaq" adlanıb. 2-ci Dünya müharibəsindən sonra futbol yenidən Plevliyə qayıdıb. Bu dəfə şəhərin komandası "Yedinstvo" ("Birlik") adlanıb. 1955-ci ildən isə komanda müasir adını alıb – "Rudar". Bu il müasir adının 60 illiyini qeyd edən klubun adının tərcüməsi – "Şaxtaçılar"dı.
Shares: