“Rəqib kim olursa-olsun “Neftçi”nin hədəfi bəllidi”. Bunu apasport.az saytına “Neftçi”nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev deyib.
Avropa Liqasında Azərbaycanı təmsil edəcək “Neftçi” I təsnifat mərhələsində Monteneqro klubu “Mladost”la qarşılaşacaq.
Püşkatma barədə fikir bildirən Çingiz Abdullayev mərhələ adlayacaqlarına inandığını bildirib: “Rəqibin kimliyi barədə məlumatım oldu. İkinci bir tərəfdən rəqibin adı və hansı ölkəni təmsil etməsinin bizim üçün bir önəmi yoxdu. Mən komandama güvənirəm. İnanıram ki, “Neftçi” mərhələ adlayan tərəf olacaq”.