Bu gün Avropa Liqasınn püşkatma mərasimi baş tutub. Futbolinfo.az xəbər verir ki, mübarizəyə ilk mərhələdən başlayacaq komandalarmızın rəqibləri artıq məlumdu. İlkin təsnifat mərhələsindən mübarizəyə qoşulacaq “İnter” ilk mərhələdə Albaniyanın “Laçi” ilə qaşılaşacaq. 
Adıçəkilən klub heç vaxt təmsilçilərmizə rəqib olmayıb. Ümumiyyətlə, Azərbaycan klubları bu ölkənin komandaları ilə avrokuboklarda cəmi bir görüşdə üz-üzə gəlib. 2012/13 mövsümündə Çempionlar Liqası çərçivəsində baş tutan görüşdə “Skenderbeu” gözlənilmədən “Neftçi”ni mübarizədən kənarlaşdıraraq, növbəti mərhələyə adlamışdı. 
Ümumiyyətlə, alban klubları Avropada heç də güclülərdən sayılmır. Maliyyə problemləri ucbatından komandamız bir çox futbolçusu ilə vidalaşmaq məcburiyyətində qalsa da, rəqib də heç də keçilməz deyil. “Bankirlər” indiki vəziyyətdə belə bu rəqibi keçə biləcək gücdədi. Alban klubunun avrokuboklardakı nəticələrinə baxsaq, görərik ki, rəqib bu turnirlərdə uğursuz çıxışları ilə yadda qalıb. Əbəs yerə deyil ki, “ağ-qaralar” indiyədək Avropa turnirlərində heç vaxt qalib gələ bilməyib. Çernoqoriyada olduğu kimi Albaniyanın sayılıb-seçilən futbolçuları legioner həyatı yaşadığından ölkədə klub futbolu heçdə yüksək səviyyədə deyil. Albanlar UEFA-nın klub reytinqində 54 ölkə arasında 42-ci yerdə qərarlaşıblar. Bu da Azərbaycanın göstəricisindən 13 pillə aşağı deməkdi.
Shares: