Bu gün Avropa Liqasınn püşkatma mərasimi baş tutub. Futbolinfo.az xəbər verir ki, mübarizəyə ilk mərhələdən başlayacaq komandalarmızın rəqibləri artıq məlumdu. Tarixində 2-ci dəfə avrokuboklarda iştirak edəcək “Qəbələ” ilk mərhələdə Tiflis “Dinamo”su ilə qaşılaşacaq. 
Qafqazın ən titullu klubu olan komanda azərbaycanlı futbolsevərlərə yaxından tanışdı. Uzun illər SSRİ çempionatında “Neftçi”nin rəqibi olan komanda hətta bir dəfə Kuboklar Kubokunun da birincisi olub. 2 qat SSRİ çempionu cari mövsüm rəqibimiz olacaq hələ ki ən titullu komandadı. Lakin tiflislilər son illərdə avrokuboklarda elə də uğurlu nəticə əldə edə bilmir. Komanda uzağı 1 və ya 2 mərhələ keçməklə yadda qalır. "Mavi-ağlar" ötən mövsüm Çempionlar Liqasında (ÇL) ilk mərhələdəcə “Aktobe”yə uduzaraq mübarizəni dayandırmışdı. 
Ümumiyyətlə, statistikaya nəzər salsaq, görərik ki, komandalarmız gürcülərə qarşı son illərdə uğurlu nəticə göstərir. Artıq rəqiblə son 2 dueldə mərhələ keçən tərəf məhz Azərbaycan təmsilçisi olub. Ümumiyyətlə, təmsilçilərimiz gürcülərlə avrokubok duellərinin statistikası belədi:
2004 /05. “Tibilisi” 1:0, 4:1 “Şəmkir” UK (UEFA Kuboku)
2006 /07. “Sioni” 2:0, 0:1 “Bakı” ÇL (Çempionlar Liqası)
2012/13. “Neftçi” 3:0, 2:2 “Zestefoni” ÇL
2014/15. “Neftçi” 0:0, 3:2 “Çixura” UK
Bu iki ölkənin milli komandaları da bir neçə dəfə üz-üzə gəliblər, o da ancaq yoldaşlıq görüşündə (YO). Burda da qələbə sayı bərabər olmağına baxmayaraq, gürcülər top fərqində bizdən üstündü:
17.09.92. Gürcüstan 6:3 Azərbaycan  YO
25.05.93. Azərbaycan 1:0 Gürcüstan  YO
12.08.98. Azərbaycan 1:0 Gürcüstan   YO
04.06.00. Azərbaycan 0:0 Gürcüstan   YO
08.05.01. Gürcüstan 1:0 Azərbaycan   YO
12.09.07. Azərbaycan 1:1 Gürcüstan   YO
Ümumiyyətlə, son illərdə gürcü klublarının avrokuboklarda uğurlu nəticə göstərə bilməməsini nəzərə alsaq, bu rəqib heç də keçilməz sədd deyil. UEFA-nın klub reytqinqinə nəzər salsaq, görərik ki, Azərbaycandan 5 pillə geri olan Gürcüstan 54 ölkə arasında 34-cü yerdədi.
ELMAR ABDULLA-ZADƏ
Shares: