Artıq Avroliqada təsnifat mərhələsinin püşkü atılıb. Futbolinfo.az xəbər verir ki, ötən mövsüm Azərbaycan çempionatının gümüş mükafatçısı “İnter” Albaniyanın “Laçi” klubu ilə üz-üzə gələcək.
Alban klubunun futbolçusu Olsi Teqja təmsilçimiz haqda fikirlərini saytımıza bölüşüb: 
“Mənim Azərbaycan haqqında məlumatım var. Ansi Aqolli orada oynayır. Səhv etmirəmsə, o, “Qarabağ” klubunda top qovur. Bundan başqa Naci Şensoyu tanıyıram. Bir zamanlar sizin ölkədə işləyirdi. Ona görə də bu ölkə haqqında qısa məlumatım var. “İnter”ə gəlincə, qısaca internetdə oyunlarına baxdım. Güclü komandadı. Düşünürəm ki, ikimizə də çətin olacaq”.
26 yaşlı yarımmüdafiəçi ötən mövsüm uğur qazandıqlarını və bu mövsüm də ilk təsnifatı adlamalı olduqlarını bildirib: “Ötən mövsüm biz ilk mərhələni keçmişdik. Ona görə də bu mövsüm də eyni uğuru təkrarlamalıyıq. Düzdü, heç asan olmayacaq. Amma futbol 11 nəfərin 11 nəfərə qarşı oynadığı oyundu. Ona görə də əvvəlcədən heç demək mümkün deyil”.
Shares: