"Sumqayıt" klubu uğurlu transfer siyasətini həyata keçirməkdədir. Futbolinfo.az xəbər verir ki, komanda A millinin hücumçusu Məhəmməd Qurbanovu "Neftçi"yə satıb. 
 
Belə ki, paytaxt təmsilçisi 23 yaşlı futbolçunun qarşılığında müəyyən məbləğdə vəsait və müdafiəçi Emin Mehtiyevi "Sumqayıt"a verib. Mehdiyevin yaxın vaxtlarda komanda ilə müqavilə imzalanması gözlənilir.
 
Qeyd edək ki, 2014-cü ilin yanvarından "Sumqayıt"da çıxış edən Məhəmməd Qurbanov Premyer Liqada ümumilikdə 19 qola imza atıb.
(Klub saytı)
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp