Ölkəmizi Avropa Liqasında təmsil edəcək “Qəbələ”nin rəqibini təcrübəli mütəxəssis Əsgər Abdullayev dəyərləndib. Futbolinfo.az-a danışan Əsgər bəy Tiflis "Dinamo"sunu keçilməz saymır:
 
“Qəbələ” güclü futbolçulardan təşkil olunmuş və şəraiti olan klubdu. İndi də transfer etdiyi futbolçularla da uğurlu çıxış etmək olar. Avrokuboklara qatılan komandalarımızdan uğurlu çıxış edə biləcək gücdə olan yalnız “Qarabağ” və “Qəbələ”ni görürəm. Bu mənim şəxsi fikrimdi. “Qəbələ”nin rəqibi olan “Dinamo” haqqında çox məlumata sahib deyiləm. Mənim bildiyim qədər onlarda həmişə yaxşı futbolçular çıxış edib. Çox istərdim ki, mərhələni bizim komanda keçsin”.
 
Əsgər Abdullayev Gürcüstan təmsilçisinə qarşı necə oynamaq lazım olduğunu da deyib: “Qəbələ”nin yetərincə vaxtı var ki, rəqibinin oyununu izləyib incələsin. Gürcüstan futbolunda daha çox texnikaya üstünlük verilir. Topla daha yaxşı rəftar edirlər. “Dinamo” da həmişə belə oynayıb. Gürcüstan təmsilçisinin oyunun baxandan sonra onlara qarşı taktikanı qurmaq lazımdı. Bundan sonra qərar vermək lazımdı ki, müdafiə yoxsa hücum futbolu oynamaq lazımdı. İlk oyun Gürcüstanda keçiriləcəyin nəzərə alaraq onlar qələbə qazanmağa çalışacaq. Buna görə də qabaqlayıcı tədbirlər görmək lazımdı. Ümumiyyətlə komanda haqqında tam məlumata sahib olmadığım üçün tam fikir söyləyə bilməyəcəm”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp