İtaliyanın məşhur klubu olan “Parma” borclarını ödəyə bilmədiyi üçün müflis olduğunu açıqlayıb. Futbolinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytından məlumat verilib.
 
Belə ki, ”Parma”nın idman haqqlarının alınması üçün müəyyən olunmuş son gündə də alıcı çıxmayınca romalıların rəsmən müflis olduğu və İtaliyanın ən aşağı futbol liqası Seriya D-yə düşdüyü bildirilib.
 
Qeyd edək ki, “Parma” 3 dəfə İtaliya çempionu, 1 dəfə İtaliya Kuboku, 1 dəfə Kuboklar Kuboku, 2 UEFA Kuboku və bir dəfə də UEFA Super Kubokunu qazanıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp