“Boka Xuniors” rəhbərliyi Karlos Tevesin transferi üçün “Yuventus”a təklifini açıqlayıb. Futbolinfo.az xəbər verir ki, argentinalılar hücumçu üçün “qoca sinyora”ya 2 milyon avro və iki futbolçunun transfer haqqını vermək istəyir.
 
İtaliya mətbuatının verdiyi məlumata görə, gənc futbolçular Nikolas Kolaso və Qido Vadalın Turinə getməsinə “Yuventus” rəhbərliyinin nə cavab verəcəyi maraq doğurur.
 
Qeyd edək ki, Teves açıqlamalarında Argentinaya qayıtmaq istədiyini bildirib.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp