Ölkəmizi Avropa Liqasında təmsil edəcək “İnter”in rəqibini təcrübəli mütəxəssis Arif Əsədov dəyərləndirdi. Futbolinfo.az-a danışan Arif bəy Albaniyanın “Laçi” komandasını güclü rəqib saymayıb:
 
“İnter” klubu yenidən formalaşır. Komandada böyük dəyişikliklər olub. Albaniya ilə bizim çempionatı müqayisə edəndə, düşünürəm ki, ən azından bir mərhələ keçə bilərik. Birinci matçı evdə, yoxsa səfərdə oynamağımızdan da çox şey asılıdı. Həm də rəqibi düzgün analiz eləməli və ona uyğun də oyun üslubunu qurmaq lazımdı". 
O, Bakı təmsilçisinin baş məşqçi Kaxaber Sxadadzenin dövründəki oyun üslubundan da söhbət açıb: "Sxadadzenin vaxtında “İnter” daha çox cinahlardan hücum qururdu. Bu oyun üslubu ilə komanda yaxşı nəticələr əldə edirdi. “İnter” o dönəmdə 3-5-2 sistemi ilə oynayırdı. Mərkəzdə 3 müdafiəçidən istifadə edib cinahlarda olan 2 futbolçu ilə hücumlar qururdular. Yeni gələnlərin nə edəcəyini isə gələcək göstərəcək”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp