Avstriya hazırlığını davam etdirən "Neftçi" daha bir futbolçunu transfer edib. Futbolinfo.az xəbər verir ki, milli komandanın üzvü Məhəmməd Qurbanov növbəti 2 ildə "Neftçi"nin şərəfini qoruyacaq.
14 nömrəli formanı geyinəcək futbolçu klubun rəsmi saytına açıqlama verib: “Neftçi” Azərbaycanın ən köklü klubudu. Təbii ki, hər bir futbolçu iddialı komandada oynamaq istəyər. Mən də istisna deyiləm. Çalışacağam ki, "Neftçi"də özümü ən yaxşı tərəfdən göstərim. Bu milli komanda karyerama da müsbət təsir edəcək. Qarşıda bizi yoxlama oyunları və ən əsası Avropa Liqası turniri gözləyir. İnanıram ki, azarkeşlərimizin də dəstəyi ilə qarşıya qoyulan məqsədlərə çatacağıq”.
 
Qeyd edək ki, klub karyerasına Rusiyada başlamış Məhəmməd Qurbanov "Rostov" və "Taqanroq" klublarının formasını geyinib. Ötən mövsüm isə futbolçu "Sumqayıt" klubunun heyətində meydana çıxıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp