Amerika Kuboku ¼ final qarşılaşması çərçivəsində baş tutan Çili – Uruqvay görüşünün baş hakimi Sandro Riççi turnirdəki idarəçilikdən kənarlaşdırılıb. Futbolinfo.az xəbər verir ki, Çilinin 1:0 hesablı qələbəsi ilə başa çatan oyunda braziliyalı referi kobud səhvə yol verib.
Çilidə keçirilən turnirdə Uruqvay yığmasının hücumçusu Edison Kavani meydan sahiblərinin müdafiəçisi Qonsalo Xaranı itələyib. Braziliyalı ədalət təmsilçisi Kavaniyə 2-ci sarı vərəqə göstərərək, meydandan kənarlaşdırıb.
Epizodun videotəkrarında isə təxribatın Xara tərəfindən törədildiyini göstərilib. Kavaniyə yaxınlaşan müdafiəçi ona barmağı ilə ədəbsiz hərəkət edib. Bu anları təqdim etdiyimiz videodan izləyə bilərsiniz.
Turnirin arbitraj komitəsi braziliyalı referini bu ədəbsizliyi görmədiyinə görə Amerika Kubokundan kənarlaşdırmağı qərara alıb. Xara isə bu ədəbsiz hərəkəti səbəbindən 3 oyunluq cəzalandırılıb.

Shares: