Avropa Liqasının 1-ci təsnifat mərhələsində Albaniyanın "Laçi" klubu ilə qarşılaşacaq Bakı "İnter"i doğma şəhərdəki hazırlıqlarını başa vurub. Futbolinfo.az xəbər verir ki, paytaxt təmsilçisi bu gün axşam saatlarında Albaniyaya yola düşür.
Komanda sabah və iyulun 1-i bir məşqlə kifayətlənəcək.
Qeyd edək ki, sözügedən qarşılaşma iyulun 2-də, saat 20:30-da start götürəcək.